Ukraynaya 20 milyardlıq hərbi yardım  təklifinə yenidən baxıla bilər

11
Noy
2023
10:44

Avropa Komissiyası (AK) icmanın bəzi üzvlərinin etirazları səbəbindən dörd il ərzində Ukraynaya 20 milyard avroluq hərbi yardımın ayrılması təklifinə yenidən baxmağa məcbur ola bilər.

Azreform.info xəbər verir ki, bu barədə Reuters yüksək vəzifəli avropalı diplomatlara istinadən məlumat yayıb.

"Hələlik bu planın iflasa uğradığını deməyəcəyəm, amma onu yaxşılaşdırmaq olardı”, - agentliyin həmsöhbətlərindən biri bildirib. 

"Almaniyanın çoxlu sualları var, bu kifayət qədər ədalətlidir. Söhbət böyük pullardan gedir”.

Qeyd edək ki, Aİ ölkələrinin Müdafiə Nazirliyinin rəhbərləri noyabrın 14-də Brüsseldə Kiyevə gələcək hərbi yardımın göstərilməsi planlarını müzakirə etmək niyyətindədirlər. Reuters mənbələrinin məlumatına görə, bu görüşdən əvvəl bir neçə ölkə, o cümlədən Almaniya dörd il əvvəldən öz üzərinə böyük maliyyə öhdəliklərinin götürülməsi zərurətindən şübhələndiyini bildirib. Bəzi icma üzvləri də bildirirlər ki, onların büdcələri sadəcə olaraq tələb olunan məbləğlərə imkan vermir. Buna görə də, AK-nin ilkin təklifi dəyişdirilə bilər.