"Uşaqları isti havadan birbaşa kondisioner işləyən otağa gətirmək düzgün deyil".
Azreform.info xəbər verir ki, bunu pediatr Vaqif Qarayev deyib. O bildirib ki, əvvəlcədən kondisionerin soyuğunu azaltmaq lazımdır.
Həkim kondisionerin filtrlərini tez-tez təmizləməsinin önəminə diqqət çəkib:
"Çünki orada "legionella" adlı bakteriyalar yuva salır və pnevmoniya törədir.
Uşaqları kondisionerin hava şırnağından uzaq tutmaq lazımdır. Südəmər yaşlı uşaqlar isə kondisioneri heç tanımasalar, yaxşıdır", - deyə o əlavə edib.