Günəş kremindən düzgün istifadə qaydalarını öyrənin

25
İyn
2024
08:42

Yayada günəş vannası qəbul edərkən bir çox səhvlər edirik. Bunlardan biri də gündən qoruyan kremlərdən istifadə qaydasıdır.

Axşam.az xəbər verir ki, dünyada hər il təxminən 1,5 milyon insanda dəri xərçəngi aşkarlanır. Bu nisbətin 2040-cı ilə qədər 50 faiz artacağı gözlənilir.

Britaniyanın BBC telekanalında yayımlanan xəbərdə günəş kreminin necə istifadə edilməsi ilə bağlı ekspert rəyləri yer alıb. Mütəxəssislər bildirib ki, günəş kremini çəkəndən dərhal sonra küçəyə çıxmaq olmaz. Günəşə çıxmadan 20-30 dəqiqə əvvəl günəşdən qoruyucu sürtmək məsləhət görürlür. Çünki krem dəriyə hopmalıdır.

Alimlər həmçinin tərlədikdən, suya girdikdən və ya dərini paltara və ya quma sürtdükdən sonra günəşdən qoruyucu kremi yenidən çəkməyi məsləhət görürlər.