Bəzi qidalar isti havalarda tərləməni artıra bilər.
Azreform.info medicina-ya istinadən xəbər verir ki, hipotalamus bədənin əsas və ağıllı idarəetmə mərkəzi kimi xidmət edir – bədən istiliyini, susuzluq və aclıq kimi hissləri tənzimləyir; qan təzyiqini idarə edir; ürək döyüntüsünü tarazlaşdırır; hipofiz vəzinə nəzarət edir və cinsi impulsları stimullaşdırır.
Xüsusilə qida və içkilərdə ləzzəti artırmaq üçün istifadə edilən monosodyum glutamat, kofein, isti və acı souslar, köri və zirə kimi ədviyyatlar, eləcə də spirt hipotalamusa birbaşa təsir edərək tərləməyə səbəb olur.
Həddindən artıq tərləmə isə sosial narahatlıqllar yaratmaqla yanaşı, göbələk infeksiyası riskini də artırır. Bu infeksiyadan qorunmaq üçün tərləmə həddindən artıq olmamalıdır.
İstidə sizi daha çox tərlədə biləcək digər qidalar bunlardır:
Toyuq əti
Toyuq əti, yəni ağ ət qırmızı ətdən daha az xolesterin ehtiva edir və B vitaminləri ilə zəngin qidadır. Bununla yanaşı, toyuq əti bədən istiliyini artırır və tərləməyə səbəb olur.
Brokkoli
Antioksidantlarla zəngin olan brokkoli hüceyrələri qoruyur. Tərkibində kalsium, kalium, folat və lif var. Orqanizmə bol enerji verən, immunitet sistemini gücləndirən brokkoli təəssüf ki, həm də tərləməni artırır.
Zəncəfil və darçın
Bədən istiliyini son dərəcə müvəffəqiyyətlə yüksəldən bu ədviyyatlar tərləməni daha da çoxaldır.