Rusiyada cəzaçəkmə müəssisəsinin əməkdaşları girov götürülüb

16
İyn
2024
12:07

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasının kameralarından birində saxlanılan təqsirləndirilən şəxslər cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.

Azreform.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, iki əməkdaşın girov götürüldüyü istintaq təcridxanası adi qaydada işləyir, vəziyyətə nəzarət olunur.