Bu giləmeyvəni yeyənlər xərçəngə tutulmur!

13
İyn
2024
14:56

Antioksidantla zəngin qidaların xərçəngdən qoruduğunu bilirik. Bir çox qida antioksidant ehtiva edir. Ancaq dünyada ən güclü antioksidant xüsusiyyətlərə malik olan qida açaidir. 

Azreform.info  medicina-ya istinadən bu giləmeyvənin faydalarını araşdırıb.

Açainin tərkibində Omeqa 3, Omeqa 6, Omeqa 9, A vitamini, B vitamini, C vitamini, E vitamini, polifenol, fitosterol, antosiyanin, dəmir, kalium, fosfor və kalsium da daxil olmaqla, sağlamlıq üçün faydalı olan bir çox vitamin və minerallar var.

Tədqiqatlar göstərib ki, açai giləmeyvəsi dünyada ən yüksək antioksidant dərəcəsi olan qidadır. Üstəlik, tərkibində şəkərin az, lifin isə yüksək miqdarda olması bu giləmeyvəni daha qiymətli edir.

Aparılan araşdırmalar müntəzəm olaraq açai istehlak edən insanların xərçəngə tutulmadığını üzə çıxarıb. 

2014-cü ildə aparılan bir araşdırma açainin ürək hipertrofiyası, fibroz və ürək disfunksiyası kimi xəstəliklərin müalicəsində müsbət nəticələrə gətirib çıxardığını göstərib. 

Heyvanlar üzərində aparılan araşdırmalar isə açainin yaxşı xolesterinin səviyyəsini yüksəltdiyini, pis xolesterolu isə azaltdığını müəyyən edib. Bu giləmeyvədə xolesterolun udulmasına mane olan sterollar var.

Açai antioksidan xüsusiyyətləri sayəsində hüceyrələrin iltihabının və oksidləşməsinin təsirlərini azaldır; sonrakı yaşlarda görülən yaddaş və öyrənmə problemlərinin qarşısını alır.

Bu effektiv qidanın beyni xəstə hüceyrələrdən qoruyaraq, daha sürətli və sağlam beyin funksiyalarını təmin etdiyi bildirilir. 

Açai necə istifadə olunmalıdır? 

Toz halına salınmış açai daha faydalıdır. Çünki onun qida dəyəri daha yüksəkdir. Açai püresi də olduqca təsirlidir. 

Bu giləmeyvədən qida sənayesi dadlandırıcı kimi də istifadə edir. 

Tərkibində açai yağı olan kremlər və müxtəlif məhsullar da tapmaq mümkündür. Çünki açai dəri sağlamlığına da müsbət təsir göstərir.