Avtomobil nənə və nəvələri vurdu: azyaşlılardan biri öldü

12
İyn
2024
23:35

Lənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə Yuxarı Nüvədi kəndində baş verib.

Belə ki, avtomobil 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı və nəvələri - 2021-ci il təvəllüdlü D.M-nı, 2019-cu il təvəllüdlü U.M-nı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda M.Ağalıyeva və 5 yaşlı nəvəsinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.