Azərbaycanda bu xərclər rekord həddə çatdı – RƏQƏMLƏR

12
İyn
2024
19:00

Azərbaycan əhalisinin bərbərxana xidməti üçün xərclədiyi pulun məbləği ilk dəfə olaraq 100 milyon manata çatıb.

Azreform.info xəbər verir ki, 2023-cü ildə bərbərxana xidmətinə çəkilən xərc 20,5 milyon manat artaraq 99,1 milyon manat olub.

Azərbaycan əhalisinin sayını nəzərə alsaq, bir ildə adambaşına bərbərxana xidmətinə çəkilən xərclərin təxminən 10 manat olduğu görünür. Ötən il kişilər üçün saç kəsiminin orta qiyməti 4 manat, qadınlar üçün saç kəsimin orta qiyməti isə 6,5-7 manat təşkil edib.