Direktor qəfil vəfat etdi

12
İyn
2024
13:49

Qubadlı rayon İşıqlı kənd tam orta məktəbinin direktoru vəfat edib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, məktəbin direktoru Novruzov Avtandil Abuş oğlu qəfil dünyasını dəyişib.
Yaxınlarının verdiyi məlumata görə, 1965-ci il təvəllüdlü direktorun ciddi xəstəliyi olmayıb. A. Novruzov axşam saatlarında qəfil vəfat edib.

Qeyd edək ki, əslən Qubadlı rayonundan olan A. Novruzov eyni zamanda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri olub.