Nizami rayonunda 31 yaşlı qadını avtomobil vurub

12
İyn
2024
09:42

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mustafayeva Elsanə Ənədulla qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.