"Qarabağ" Avropa Liqasında "Qalatasaray"la qarşılaşa bilər

13
Dek
2023
12:35

Bu gün Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Azreform.info Futbolpress.az-a istinadən xəbər verir ki, dünən baş tutan oyunlardan sonra artıq 6 komandanın Avropa Liqasına yollanacağı dəqiqləşib. Qruplarını 3-cü sırada bitirən komandalar sözügedən turnirdə yoluna davam edəcək.

Bu komandalar Avropa Liqasının qrup mərhələsini ikinci sırada bitirənlərlə qarşılaşacaq. "Qarabağ" sabah Bakıda "Hekken"i məğlub etsə, qrupu ikinci sırada bitirəcək və ÇL-dən AL-ə düşən komandalardan biri ilə qarşılaşacaq.

Çempionlar Liqasında buna qədər "Lans" (Fransa), "Braqa" (Portuqaliya), "Benfika" (Portuqaliya), "Qalatasaray" (Türkiyə), "Feyenoord" (Niderland) və "Yanq Boyz" (İsveçrə) Avropa Liqasına vəsiqəni təmin edib.

Avropa Liqasının püşkü dekabrın 18-də atılacaq.

Dekabrın 14-də keçiriləcək "Qarabağ" - "Hekken" görüşü saat 21:45-də start götürəcək.