Geniş istifadə edilən süni dadlandırıcı ksilitolun infarkt və insult riskini artırdığı müəyyən edilib.
"Unikal" xəbər verir ki, bu barədə "European Heart Journal" jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Bildirilib ki, saqqız və diş məcununun tərkibində olan ksilitol infarkt və insult riskini iki dəfə artırır.
Aparılan araşdırmalarla müəyyən edilib ki, saqqız ürək xəstəliyi riski olan və pəhriz saxlayan insanlarda trombositlərin laxtalanmasını sürətləndirir. Bu qan laxtaları infarkt, insult və hətta ölümlə nəticələnə bilər.