Dövlət bankı nazirliyin qurumunu məhkəməyə verdi

6
İyn
2024
13:56

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC məhkəməyə verilib.

Azreform.info ”ın məlumatına görə, dövlət bankı “Azər-Türk Bank” ASC şirkətlə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Könül
Azreform.info