Argentinalı futbolçuya Azərbaycanda “stop” qoyulur

4
İyn
2024
17:07

Argentinalı futbolçu Azərbaycanda məhkəməyə verilib.

Azreform.info ”ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Flores Franko Valentin ilə bağlı Bakı Kommersiya məhkəməsində iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

İşə hakim Günay Həşimovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Franko Flores Azərbaycanın “Keşlə” futbol klubunun heyətində olub.

Könül
Azreform.info