Bank sədri Qarabağdakı layihələrə ayrılan kreditləri açıqladı

29
May
2024
18:14


Son üç ildə "Paşa Bank" Qarabağdakı layihələrə ümumilikdə 120 mln manata yaxın kredit ayırıb.

Azreform.info ın məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O kreditin daha çox ayrıldığı sahələri açıqlayıb:

"Sözügedən kreditlər daha çox tikinti və infrastruktur sahələrinə ayrılıb. Həmçinin Ağdamda sənaye müəssisələrinin maliyyələşməsi də əsas layihələrə daxildir".

Könül
Azreform.info