Ağciyər xəstəliklərinin müalicəsi üçün təbii üsullardan yararlanmaq olar. Bunun üçün ən təsirli vasitə isə şam qozasıdır. Şam qozası öskürək və astmanı müalicə edir.
Medicina.az xəbər verir ki, professor İbrahim Saraçoğlu gündə bir xörək qaşığı şam qozası mürəbbəsi yeməyin ağciyərləri təmizlədiyini bildirib.
Onun sözlərinə görə, şam qozası KOAH, bronxit, astma və öskürəyin çarəsi ola bilər.
Şam qozası, həmçinin digər ağciyər xəstəliklərində, xroniki öskürək zamanı, bəlğəmi təmizləmək və tənəffüsü yaxşılaşdırmaqda köməkçi vasitə ola bilər. Siqaret çəkənlər üçün də çox şəfalıdır.
Bəs şam qozası mürəbbəsi necə hazırlanır?
20 ədəd yaşıl şam qozasını 2,5 litr suda 1 saat qaynadın, sonra üzərinə 9-10 stəkan şəkər əlavə edin. Doşab halına gələnə qədər qaynatmağa davam edin. Sonda 1 çay qaşığı limon duzu əlavə edib 10 dəqiqə daha qaynadın və ocaqdan götürün. Bankalara doldurun və sərin, qaranlıq yerdə mühafizə edin. Səhərlər acqarına 1 xörək qaşığı qəbul edin.
Qeyd edək ki, şam qozaları yeyilmir. Ancaq faydasının şərbətə keçməsi üçün mürəbbə bankaya qozalarla birgə doldurulur.