"Paşa Bank" kartlarındakı komissiyalar endiriləcək - AÇIQLAMA

29
May
2024
17:14

"Paşa Bank" ASC "card to card" komissiyalarında yeniliklər edəcək.

Azreform.info ın məlumatına görə, bunu "PAŞA Bank"ın İdarə Heyətinin sədri Cavid Quliyev 2023-cü il üzrə fəaliyyətin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, "Paşa Bank"da sözügedən komissiyalar riteyl banklardan fərqli olaraq daha yüksəkdir:

"Komissiyalarla bağlı yeni planlar mövcuddur. Növbəti bir neçə ayda dəyişikliklər tətbiq olunacaq və bununla bağlş ictimaiyyətə məlumat veriləcək".

Könül
Azreform.info