Qaynadılmış soğan suyunun 11 möcüzəvi faydası

28
May
2024
17:07

Mətbəxdə əsas qidalarından biri olan, tərkibindəki Bol C, B6 vitamini, fol turşusu və kaliumla zəngin soğan suyunun faydaları saysız-hesabsızdır. 

Azreform.info "haber7"yə istinadla xəbər verir ki, yaxşı, qaynadılmış soğan suyu da bir sıra xəstəliklərə qarşı faydalıdır.

1. Qaynadılmış soğan suyu ürəyi qoruyan və ürək xəstəliklərinin inkişafının qarşısını alan təbii antioksidantdır. Eyni zamanda iltihabın qarşısını alır.
2. Saçın sağlamlığına müsbət təsir edir. Odur ki, qaynadılmış soğan suyunu saçınıza sürtməklə saçlarınızı daha qalın və gözəl edə bilərsiniz.
3. Ən əhəmiyyətli faydalarından birinin xərçənglə mübarizədir. Daimi istehlak edildikdə xərçəng hüceyrələrini öldürür.
4. Qaynadılmış oğan suyunun tərkibindəki maddələr hormonal balansı dəstəkləyə və nizamsız menstruasiya dövrlərini tənzimləyə bilər.
5. Sidik yollarının infeksiyaları qadınlar arasında ümumi sağlamlıq problemidir. Soğan suyunun tərkibindəki antimikrobiyal xüsusiyyətlər sidik yolları infeksiyalarının qarşısını almağa kömək edə bilər.
6. Qaynadılmış soğan suyunda peptidlər var və bu sümük sağlamlığına təsir göstərir.
7. Klimaks dövründə bir çox qadınlarda istilənmə və duyğu dəyişiklikləri müşahidə edilir. Soğan suyu içərisindəki fitoestrogenlər sayəsində bu əlamətləri yüngülləşdirə və narahatlıqları azalda bilər.
8. Daimi istehlak edildikdə qan şəkərini aşağı salır və balanslaşdırır.
9. Yağların yandırılmasını sürətləndirərək arıqlamağa kömək edir.
10. Soğan suyu yüksək antioksidant tərkibi sayəsində bədəndəki ödemi asanlıqla aradan qaldırmağa kömək edir. Bundan əlavə, bədəndə yığılan toksinlər soğan suyu sayəsində daha asan xaric olur.
11. Bədəndəki ödemi asanlıqla aradan qaldırmağa kömək edir, bədəndə yığılan toksinlər soğan suyu sayəsində daha asan xaric olur.

Zəruri qeyd: Tədqiqatlar hər bir qidada olduğu kimi soğanın da müxtəlif faydalarını sübut etsə də, həddindən artıq istehlakı müxtəlif problemlərə səbəb ola bilər. Buna görə mütləq mütəxəssis həkiminizlə məsləhətləşməlisiniz.

Billurə