“BakuBus” ilə Gəncə marşrutunun QİYMƏTİ

28
May
2024
10:07

Bu gündən “BakuBus” MMC paytaxtdan Gəncə şəhərinə və əks istiqamətdə sərnişin daşımağa başlayıb.

Azreform.info ” sözügedən marşrutların qiymətini müəyyən edib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) sorğumuza cavab olaraq bildirildi ki, qiymətlərdə dəyişiklik yoxdur: "Paytaxtdan Gəncə istiqamətində və əksinə bir istiqamət üzrə biletin qiyməti 10,4 manat təşkil edir".

Qeyd edək ki, Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən saat 10:30, 11:00, 12:00 və 14:30-da, Gəncə Avtovağzalından isə 11:00, 11:30, 13:30 və 19:00-da yola düşəcək.

Könül
Azreform.info