Ərp bağlamış qablardan istifadə - 2 orqanı sıradan çxıarır

28
May
2024
09:56

Cod sudan ərp bağlamış çaydan və qablardan dəfələrlə istifadə orqanizm üçün təhlükəli ola bilər.

“Medicina” xəbər verir ki, endokrinoloq Oksana Mixaleva belə qablar barədə xəbərdar edib.

“Qalın ərp bağlamış çaydanı uzun müddət istifadə etdikdə, onda olan zərərli birləşmə və duzlar orqanizmə keçib toplanır. Çaydan divarında ərp cod suda həll olmayan duzlar, karbonat kalsium və maqniydən yaranır.

Onlar orqanizmə düşdükdə həzm sistemi tərəfindən zəif mənimsənilir, böyrəklərə zərbə vurur.

Çünki kalsium artıqlığında böyrəklər daha aktiv işləyib onları bədəndən çıxarmağa başlayır.

Əgər bu müntəzəm olaraq baş versə, böyrəklərdə qum, sonra da daş yarana bilər.

Hətta daş əmələ gəlməsə belə böyrəklər zamanla funksiyasını zəiflədir və digər xroniki xəstəliklər yaranır.

Belə qablardan istifadə damarların da kalsium yığıntısı ilə tutulmasına səbəb olur.

Belə qabda içilən çay damarları zəiflədir, zədələyir, aterosklerotik tıxanmalara gətirib çıxarır.

Xüsusilə uşaqlar, yaşı 50-dən yuxarı olanlar üçün belə su təhlükəlidir”.