Bu insanlar çiyələkdən imtina etməlidir

25
May
2024
00:07

Çiyələk mövsümündə bu giləmeyvə ilə ehtiyatlı olmaq lazımdır.

“Medicina” xəbər verir ki, dietoloq Natalya Lazurenko xəbərdarlıq edib.

“Mədə-bağırsaq sistemində pozulmalar olanlar çiyələkdən tam imtina etsə yaxşıdır.

Xüsusən mədə qastriti, öd kisə, bağırsaq iltihabı, müxtəlif həzm xəstəlikləri olanlar çiyələyin sadəcə dadına baxa bilər.

Allergiyası olanlar da uzaq durmalıdır.

Gündə 100 qramdan artıq çiyələk yemək məsləhət deyil. 5 -10 yaş arası uşaqlar üçün gündə 3-5 ədəd çiyələk normadır.

Bununla yanaşı rasionda sağlam karbohidratlar, zülal, faydalı yağlar olmalıdır”.