Müntəzəm olaraq araq içən insanların 50 yaşdan sonra mədəaltı vəz səbəbindən ölmə riski çoxdur.
“Medicina” xəbər verir ki, cərrah Aleksandr Umnov araq içənlərdə ən birinci hansı orqanların sıradan çıxdığını bildirib:
“İlk zərbəni üzərinə götürən orqan mədəaltı vəzidir. Daha sonra araq qaraciyər, beyin, ürək-damar sistemini sıradan çıxarır. Spirtli içki sevənlərdə sirroz, diabet və pankreatit çox rast gəlinir.
Araq mədəaltı vəzin hüceyrələrini zamanla öldürür və qaraciyərdə çapıqlar yaranır.
Toxumada çapıq hissənin artması ensefalopatiya və sirroza gətirib çıxarır.
Etanolun təsiri altında ürək ritmi pozulur, təzyiq qalxır, baş beyində pozulmalar olur.
Alkoqolizmin təhlükəli ağırlaşmalarından biri də xərçəng riskidir.
Araq qida borusu, mədə, qaraciyər, mədəaltı vəz xərçənginin
tətikləyicisidir”.