Araşdırmalar göstərir ki, arıqlamaq və diabet üçün məşhur dərmanlardan istifadə edən insanlara mədə iflici diaqnozunun qoyulması ehtimalı xeyli yüksəkdir.
Medicina.az xəbər verir ki, diabet və piylənmənin qarşısını almaq üçün vurulan dərmanlarla bağlı son məlumatlar onların mədə iflici kimi nadir, lakin ciddi problemə səbəb ola biləcəyini göstərib.
Ən azı üç yeni araşdırma göstərir ki, GLP-1 dərmanı qəbul edən insanlara mədə fəlci diaqnozunun qoyulma riski onları qəbul etməyənlərə nisbətən 52 faiz daha yüksəkdir.
Araşdırmaların nəticələri Vaşinqtonda “Həzm Xəstəlikləri Həftəsi” adlı tibbi konfransda təqdim edilib.
GLP-1 dərmanların arıqlamaqda çox təsirli olduğu sübut edildiyi üçün onlara yüksək tələbat var. Bu dərmanlar qidanın mədədən keçməsini yavaşlatmaqla aclığı yatızdırır. Onlar həmçinin bədənə daha çox insulin ifraz etməyə kömək edir və beyinə iştahı azaldan siqnallar göndərir.
Bununla belə, bəzi insanlarda bu dərmanlar tibbi müdaxilə tələb edə biləcək dərəcədə şiddətli qusmaya səbəb ola bilir. Həmçinin mədəni o qədər ləngidə bilər ki, bu, qalıcı mədə ləngliyinə səbəb ola bilər.
Həkimlər dərman qəbulunu dayandırdıqdan sonra bu vəziyyətin keçdiyini deyirlər. Lakin bəzi insanlar dərmanı dayandırdıqdan
bir neçə ay sonra belə yaxşılaşmır.