Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.
Azreform.info lent.az-a istinadən bildirir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminləri var.
Qabıqda bu faydalı maddələr kivinin özündən də çoxdur. Kivi qabığı ilə yeməkdən əvvəl onu yaxşıca yumaq lazımdır.
Yadda saxlamaq lazımdır ki, kivi qabığı ilə və ya qabığı olmadan çox miqdarda istehlak edilməməlidir, çünki bu, həzm problemlərinə səbəb ola bilər.
Gündə iki və ya üç kivi qabığı olmadan, bir ədədi isə kivini qabığı ilə yeyə bilərsiniz.