Bağırsaq problemləri gündəlik həyatı çox təsir edə bilər. Qəbizlik bağırsaq hərəkətlərinin çətin və ya nadir hallarda meydana gəldiyi bir vəziyyətdir və bir çox insanın həyatında ən az bir dəfə qarşılaşdığı haldır.
Azreform.info xəbər verir ki, bəzi insanlarda qəbizlik xroniki hala gələ bilər. Bu vəziyyəti yaşayan insanların ciddi sağlamlıq problemləri olmasa da, gündəlik həyatlarında pozulmalar ola bilər.
Yediyimiz bütün qidalar bağırsağa təsir edir. Buna görə də mütəxəssislər qida rasionunuza fikir verməyinizi məsləhət görür:
Kifayət qədər miqdarda yüksək lifli qidaların istehlak edilməməsi də xroniki qəbizliyə səbəb ola bilər. Yüksək lifli qidalar bağırsaq hərəkətlərini dəstəkləyir.
Xüsusilə quru gavalı qəbizlik probleminə tez həll yolu təklif edə bilər. Xüsusilə səhərlər acqarına bir az su ilə gavalı istehlak etmək hətta xroniki qəbizlik problemlərini həll edə bilər. Quru gavalı lif baxımından çox zəngin bir qidadır və bir gavalı təxminən 1 qram lif ehtiva edir. Xroniki qəbizliklə mübarizə aparmaq üçün hər dəfə işlətmə kimi dərmanlara müraciət etmək əvəzinə, daha təsirli və təbii həll yolu kimi gavalı istehlak edə bilərsiniz.
Lif baxımından çox zəngin olan başqa bir meyvə almadır. 100 qramında 5 qram lif var. Bundan əlavə, tərkibindəki pektin adlı maddə sayəsində bağırsaq hərəkətlərini sürətləndirir. Almanı bütöv və ya salatlara əlavə edərək istehlak edə bilərsiniz.
Digər bir qida isə əncirdir. Təxminən 50 qram orta ölçülü əncirin tərkibində 1,5 qram lif var. Qurudulmuş əncirin yarım fincanında 8 qram lif var. Tədqiqatlar göstərir ki, müntəzəm olaraq 3 həftə əncir istehlakı bağırsaq tranzitini asanlaşdıraraq qəbizliyi müalicə edir.
Armud orta hesabla 5,5 qram lif ehtiva edən meyvədir və ən zəngin mənbələrdən biridir. Tərkibindəki fruktoza bağırsaqlarda işlədici təsir yaradır.(axşam.az)