Azreform.info metbuat.az-a istinadən yumurta qabığından istifadə edə biləcəyiniz sahələri təqdim edir:
- Tərkibindəki kalsium, maqnezium və digər minerallar sayəsində təbii gübrə kimi istifadə edilə bilər. Torpaqla qarışdıqda bitkilərin qidalanmasına kömək edir.
- Yumurta qabığı toz halına salınıb dəriyə qulluq üçün istifadə edilə bilər. Dərini sıxlaşdıran təsirə malik yumurta qabığı maskaları dəriyə qulluq rutininin vazkeçilməz hissəsi ola bilər.
- Üyüdüldükdə və heyvan yeminə qarışdırıldıqda, heyvanların sümük və diş sağlamlığını dəstəkləyə bilər. Bundan əlavə, yumurta qabığının tərkibindəki kalsium quşların yumurta qabığının daha möhkəm formalaşmasına kömək edə bilər.