Hər gün istifadə etdiyiniz bu tərəvəzin qabığını atmayın! - Ağaran saçların çarəsidir

13
May
2024
19:28

Kartof qabığını atdığımız tərəvəzlərdən biridir. Ancaq mütəxəssislər bir çox tərəvəz kimi kartofun da qabığının çox faydalı olduğunu bildirirlər.

Medicina.az xəbər verir ki, C vitamini ilə zəngin olan kartof qabığı çağımızın problemlərindən olan saç ağarması və immunitet zəifliyi ilə mübarizə aparır. Onun dəri üçün də müxtəlif faydaları var.

Kartof qabığında C vitamini, maqnezium, mis, sink, fosfor, kalsium və B vitamini var. Güclü antioksidant olan kartof qabığı bir çox problemi həll edir.
Kartof qabığının faydaları:

- Ürəyi qoruyur.

- Qara nöqtələri azaldır.

- Yaraları tez sağaldır.

- Ləkələri aradan qaldırır.

- Xərçəngdən qoruyur

- İmmuniteti gücləndirir.

- Xolesterolu azaldır.

- Ağaran saçların çarəsidir.

- Gözlərdəki şişkinliyi azaldır. Gözaltı torbalara yaxşı təsir edir.

- İltihab əleyhinə xüsusiyyətlərə malikdir.

- Kartof qabığı yanıq zamanı sakitləşdirici təsir göstərir.

Kartof qabığı ilə ağ saçlardan necə xilas olmaq olar?

Bunun üçün sizə lazım olan kartof qabıqları və xlorsuz sudur. Bəli, ağ saçları yalnız bu iki inqrediyentlə örtmək mümkündür. Kartof qabığına xlorsuz su əlavə edin və 25 dəqiqə qaynadın. Sonra suyu süzüb boş bir şüşəyə doldurun. Hər duşdan sonra bu su ilə saçınızı durulayın. Tətbiq prosesindən sonra saçınızı yumayın. Bu üsul, həmçinin kəpək problemlərinə, saç tökülməsinə və saç uclarının qırılmasına mane olacaq.