15 saniyəyə ürəyinizin sağlamlığını yoxlayın - Həkimə getməyə ehtiyac yoxdur

13
May
2024
18:14

İki barmağınızı qatlamaqla orqanizminizin sizə nə demək istədiyini öyrənə bilərsiniz. Bu çox asandır.

Azreform.info lent.az-a istinadən türkiyəli həkim Müfit Karacabeyliyə istinadən bu sağlamlıq testini təqdim edir.

İki əlinizin şəhadət barmağını əyərək, dırnaqlarınızı bir-birinə yapışdırmağa çalışın. Dırnaqlar arasında paxlavaya bənzər kiçik bir boşluq yaranırsa, bu hər şeyin yolunda getməsi deməkdir.

Yox əgər o kiçik boşluq qalmırsa, ürək və ağciyərlərinizdə problem var, orqanizminiz oksigen aclığı yaşayır deməkdir.