Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

12
May
2024
14:14

Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyəti kəskin şəkildə pisləşə bilər. Ona görə də müvəqqəti olaraq səyahət etməkdən imtina etməlidirlər”.

Azreform.info xəbər verir ki, bunu rusiyalı tibb elmləri namizədi, ailə həkimi Sergey Çudakov bildirib.

O, hipertoniya, ürək-damar xəstəliyi və hipotenziyadan əziyyət çəkən şəxsləri öz sağlamlıqlarına diqqət yetirməyə və güclü maqnit qasırğası zamanı həkimə müraciət etməkdən çəkinməməyə çağırıb.
Qeyd edək ki, mayın 10 və 11-də ən güclü səviyyəli günəş partlayışları qeydə alınıb və bunun nəticəsi kimi Yer kürəsində güclü maqnit qasırğası başlayıb.