Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, ölən var

9
Dek
2023
20:07

Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info "Report"a istinadla xəbər verir ki, hadisə "Saray yolu" adlanan ərazidə qeydə alınıb.

"KİA" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.