İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...

19
Apr
2024
07:35

İsrail aprelin 13-də hücuma cavab olaraq İrana "məhdud" zərbə endirib.

Azreform.info xəbər verir ki, bu barədə Fox News mənbəsinə istinadən məlumat yayıb. 

"Mənbələr bildirirlər ki, İsfahan əyalətində güclü partlayışlar eşidilib", - İran dövlət televiziyası bildirib.

FARS agentliyinin məlumatına görə, partlayışlar beynəlxalq hava limanının yaxınlığında yerləşən Hərbi Hava Qüvvələri bazası yaxınlığında baş verib.

CNN Amerika rəsmisinə istinadən xəbər verir ki, ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib.