Dilan Polat bu dəfə də əxlaqsız davranışa görə saxlanıldı - VİDEO

21
Okt
2024
19:35

Çirkli pulların yuyulması, vergidən yayınma və qanunsuz mərc oynama ittihamları ilə həbsxana macərası 9,5 ay həbsxanada qalan türkiyəli fenomen Dilan Polat yenə saxlanılıb.

Azreform.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb isə D.Polatın instaqram profilinin hekayə bölməsində paylaşdığı video olub.

Sözügedən videoda fenomeninin bacısı ilə səhnədə dodaq-dodağa öpüşməsi öz əksini tapıb.

Çoxsaylı tənqidlərdən sonra Dilan “o mənim bacımdır, ayaqlarının altını da öpürəm” cavabını verib.
Daha sonra isə cəmiyyətdə narahatlıqlara səbəb olan bacılar etdikləri hərəkətlərə görə üzr istəmişdi.

Türkiyə mətbuatı D.Polat və Sıla Doğu haqqında “əxlaqsız davranış” maddəsi ilə istintaq başladıldığını yazıb.

Saxlanılan bacılar Beşiktaş rayon Polis Şöbəsinə aparılıb.

Billurə