Bakı-Sumqayıt yolunda minik maşını yandı

21
Okt
2024
23:35

Bakı-Sumqayıt yolunda minik avtomobilində yanğın olub.

Azreform.info  xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Binəqədi rayonuna düşən hissəsində qeydə alınıb.

Yağın nəticəsində Şəhriyar Şahbaziyə məxsus "Renault" markalı minik avtomobili yanıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.