Almaniya Bundesliqasının rəsmi səhifəsi Mahir Emrelinin fotosunu paylaşıb

21
Okt
2024
12:07

Almaniya Bundesliqasının rəsmi səhifəsi Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin fotosunu paylaşıb.

Azreform.info xəbər verir ki, Avropanın "Top 5" çempionatlarından biri olan turnirin rəsmi instaqram hesabı II Bundesliqanın IX turunda baş tutan "Qroyter Fyurt" - "Nürnberq" matçına yer verib.

Paylaşımda "derbi günündə səfərdə 4:0 hesablı qələbə" yazılıb.

Qeyd edək ki, Mahir Emreli sözügedən qarşılaşmada komandasının ilk qoluna imza atıb.