Böyük məlumatların təhlili göstərib ki, RSV peyvəndi yaşlı insanları ağır xəstəliklərdən, xəstəxanaya yerləşdirmədən və ölümdən təxminən 80% qoruyur.
Azreform.info Qaynarinfo-ya istinadən xəbər verir ki, araşdırma "The Lancet" jurnalında dərc olunub.
Respirator sinsitial virus (RSV) burun, boğaz və ağciyərləri yoluxdurur, mövsümi epidemiyalar zamanı yaşlı insanlar arasında ağır xəstəliklərə və çoxlu ölümlərə səbəb olur. ABŞ-da peyvənd yaradılmazdan əvvəl infeksiya 60-160 min xəstəxanaya yerləşdirilməsinə və 65 yaşdan yuxarı insanlar arasında 6-10 min insanın ölümünə səbəb olub.
Yeni araşdırmada tədqiqatçılar real xəstə məlumatlarından istifadə ediblər. Onlar göstəriblər ki, vaksinasiya ağır xəstəlik, xəstəxanaya yerləşdirmə və ölüm riskini 80% azaldır.
Alimlər hesab edirlər ki, xəstəxanaya yerləşdirilmələrin 80%-ə qədərinin qarşısının alınması xəstələr və səhiyyə sistemi üçün böyük qənaətə gətirib çıxara bilər. Hazırda ABŞ-da RSV ilə bağlı xəstəxanaya yerləşdirmənin illik dəyəri 1,2-5 milyard dollar qiymətləndirilir.