Mahir Emreli "Nürnberq"də ilk qolunu vurdu

20
Okt
2024
16:21

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında qol hesabını açıb.

Azreform.info xəbər verir ki, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.

Səfərdə "Qroyter Fyurt" kollektivinin qonağı olan "Nürnberq"in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.

Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.