Fətullah Gülən harada basdırılacaq? - Yeri hazırdır

21
Okt
2024
11:07

ABŞ-nin Pensilvaniya ştatında ölən FETÖ lideri Fətullah Gülənin harada dəfn ediləcəyi çox insanda maraq doğurur.

Azreform.info xəbər verir ki, Fətullah Gülən hələ 2015-ci ildə Pensilvaniyada FETÖ-nün fermasından 5 kilometr aralıda torpaq alıblar. 

Bu barədə məlumat zamanında kəşfiyyat orqanlarının hazırladığı hesabatda da yer alıb. 

FETÖ həmin ərazini qəbiristanlığa çevirib. Buranı qürbətçi qəbiristanlığı adlandırırdılar. ABŞ-də dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir. Bu torpaqda FETÖ lideri Fətullah Gülən üçün məzar yeri hazırlanıb. 

Məlumata görə, terror lideri Gülən üçün hazırlanan dəfn yeri iki sərv ağacının arasında yerləşir.

Mürtəza
Azreform.info