İranlı idmançının erməni sevgisi - Foto

21
Okt
2024
11:28

İranlı kyokuşin karate idmançısı Əhməd Baqeri bu yaxınlarda Danimarkanın Olborqda şəhərində keçirilən çempionatda qazandığı qızıl medalı 44 günlük müharibədə ölən Artur Sukiasyanın xatirəsinə Ermənistanın İrandakı səfirliyinə təqdim edib.

Azreform.info xəbər verir ki, bu barədə Ermənistanın Tehrandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, iranlı idmançı Əhməd Baqeri oktyabrın 20-də səfirlikdə olub və medalı səfir Arsen Avakyana təqdim edib. 

Səfir Avakyan iranlı idmançıya medalı Artur Sukiasyanın ailəsinə təqdim edəcəyinə söz verib. 

Mürtəza
Azreform.info