Türkiyədə güclü zəlzələ baş verdi

18
Apr
2024
19:42

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib.

Azreform.info xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb.