ABŞ İrana qarşı sanksiyaları genişləndirib

18
Apr
2024
18:21

ABŞ pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə bağlı İranın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib.

Azreform.info ” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, sanksiya siyahısına PUA istehsalı ilə bağlı 16 fiziki və 2 hüquqi şəxs daxil edilib.