Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb - VİDEO

17
Apr
2024
12:56

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Kotayk rayonunun Nairi icmasının Proşyan kəndində 5 saylı Gevorq Çauş şossesində yerləşən inzibati binası partladılıb.

Azreform.info xəbər verir ki, partladılan bina  Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası olub.

Ötən gün isə partlayış işləri ilə əlaqədar marşrutun bağlanacağı ilə bağlı xəbər yayılıb. 

Təhlükəsizlik məqsədilə Ermənistan DİN İrəvan Xilasetmə İdarəsinin yanğınsöndürmə-xilasetmə dəstəsinin döyüş heyəti hadisə yerində növbətçilik edir.

Mürtəza
Azreform.info