Zurabişvili təcili Makrona və Şarl Mişelə müraciət edib

17
Apr
2024
12:21

Gürcüstan prezidenti Salome Zurabaşvili fransalı həmkarı Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelə ölkədə baş verən xarici agentlərlə bağlı qanunla bağlı təcili müraciət edib.

Azreform.info xəbər verir ki, o bu məsələyə Avropa Şurasının aprelin 17-18-də Brüsseldə keçiriləcək xüsusi iclasında baxılacağına ümid edir.

“Mən buradakı vəziyyətlə bağlı Şarl Mişel və Emmanuel Makrona müraciət etdim, sabah Avropa İttifaqının Avropa Şurasının iclası olacaq”, - Zurabişvili bildirib.

Mürtəza
Azreform.info