Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb

17
Apr
2024
03:28

Dünyada kakao paxlasının qiyməti bir ton üçün 11 min ABŞ dollarını keçərək yeni tarixi maksimuma çatıb.

Azreform.info ” xəbər verir ki, bunu “ICE Futures” birjasının məlumatları göstərir.

Belə ki, bugünkü ticarətdə kakao paxlasının may fyuçersləri 11 068 dollar/tona yüksəlib. İlin əvvəlindən bəri kotirovkalar artıq iki dəfədən çox artıb. Son göstərici həm də 1977-ci ilin rekordundan düz iki dəfə çoxdur.

Xatırladaq ki, buna qədər kakao paxlası üzrə rekord bu il martın 26-da qeydə alınmışdı. O zaman tarixdə ilk dəfə olaraq xammalın dəyəri bir ton üçün 10 min ABŞ dollarını ötmüşdü.