Putin Rostovda hərbi hissəyə baş çəkib

10
Noy
2023
09:13

Rusiya prezidenti Vladimir Putin Qazaxıstana səfərindən sonra Rostov-Donda dayanıb. Orada Cənub Hərbi Dairəsinin qərargahına baş çəkib və xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı məruzələri dinləyib, yeni hərbi texnika modelləri ilə tanış olub.

Azreform.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Vladimir Putin Astanaya rəsmi səfərini başa vuraraq Rostova uçdu”, - o qeyd edib.
Dövlət başçısını qərargahda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimov, müdafiə naziri Sergey Şoyqu, eləcə də digər hərbi rəhbərlər müşayiət ediblər. “Vladimir Putin yeni hərbi texnika modelləri ilə tanış olub və xüsusi hərbi əməliyyatın gedişi barədə məruzə edib”, - Peskov əlavə edib.