Bu ölkə İrandakı konsulluğunu bağladı

15
Apr
2024
20:42

İtaliya İranın paytaxtı Tehrandakı konsulluğunu qeyri-müəyyən müddətə bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə İtaliyanın Tehrandakı səfirliyi X hesabında məlumat paylaşıb.

"Zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər", - məlumatda bildirilib.

Sözügedən addımın İranın İsrailə zərbələri ilə əlaqədar atıldığı vurğulanıb.