Türkiyədə sosial şəbəkələrdən biri bağlanır

15
Apr
2024
19:28

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” Türkiyədə “Threads” tətbiqini müvəqqəti bağlayacaq.

Buna səbəb Rəqabət Qurumunun qərarıdır. Şirkət qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

“Türkiyədə “Threads” istifadə edən hər kəs aprelin 29-dan əvvəl qərarla bağlı məlumatlandırılacaq”, - deyə şirkətdən vurğulanıb.
Qeyd edilir ki, istifadəçilər “Threads” profillərini dondura, yaxud tamamən silə biləcəklər. “Threads” Türkiyəyə qayıdarsa, profillərini dondurmağı seçən insanların paylaşımları yenidən görünəcək.