Daha bir erməni hərbçi Zəngəzurda yol qəzasında ölüb

15
Apr
2024
14:00

Zəngəzurda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Azreform.info xəbər verir ki, erməni hərbçinin idarə etdiyi “Nissan” markalı avtomobili ilə Qafan şəhərində yolun hərəkət hissəsindən çıxaraq körpünün dayağına çırpılıb və maşın Oxçu çayına düşüb.

Hadisə yerinə gələn xilasedicilər həlak olan sürücünün meyitini avtomobildən 500 metr aralıda aşkar ediblər.

Bildirilib ki, mərhum müqaviləli hərbçi olub. 

Mürtəza
Azreform.info