İsrail hava məkanını açıb

14
Apr
2024
10:35

İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə bağlı bağlanan ölkənin hava məkanını açıb.

Azreform.info ” xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.

“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-dan etibarən İsrail dövlətinin hava məkanı açılıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - deyə məlumatda bildirilir.