İranın müdafiə naziri qonşu ölkələrə xəbərdarlıq edib

14
Apr
2024
01:35

İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani qonşu ölkələrə xəbərdarlıq edib.

Azreform.info APA-ya istinadla xəbər verir ki, nazirin sözlərinə görə, İsrailə İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini açan istənilən ölkə onlardan qəti cavab alacaq.

İsrail ordusu isə PUA-ların ölkə ərazisinə buraxılmasına cavab olaraq “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib.

Məlumata görə, pilotsuz təyyarələr İsrailin şimalındakı Kfar-Blum və Hanita yaşayış məntəqələri istiqamətində buraxılıb. “Cavab olaraq, ordunun qırıcıları və artilleriyası Əl-Harayib, Vardiya və Xilat əd-Dəba bölgələrində “Hizbullah” terrorçularının hədəflərinə zərbələr endirib”, - açıqlamada deyilir.

 

İranın İsrailə pilotsuz uçan aparatlarlar hücumundan sonra İraq hava məkanını bağladığını və bütün hava nəqliyyatını dayandırdığını açıqlayıb.