Tokayev Ermənistana gedir

13
Apr
2024
15:07

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana birgünlük rəsmi səfərə gedəcək.

Azreform.info xəbər verir ki, bu barədə "Tengrinews"  Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verib.

Bildirilir ki, Ermənistanda Tokayev Ermənistanın baş naziri Nikol Paşinyan və prezident Vaaqn Xaçatryanla danışıqlar aparacaq.

Səfər başa çatdıqdan sonra Tokayev İrəvandan Qazaxıstanın daşqın zonasında yerləşən rayonlarından birinə uçacaq.

Bundan əvvəl Qazaxıstan prezidenti Azərbaycanda ikigünlük dövlət səfərində olub.

Mürtəza
Azreform.info